Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir
“Ermənistanın aydın iradəsi var və o, Rusiyanın iqtisadi təsir zonasından çıxmaq zərurətini dərk edir. O, öz üzərinə düşəni etməli olacaq və biz də üzərimizə düşəni edəcəyik”, - Finlandiya parlamentinin sədri Ermənistana “canıyananlıq” nümayiş etdirib.
Yussi Halla-ahonun bəyanatından belə çıxır ki, onilliklər boyu Rusiyanın və Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistana verdiyi milyardlarla dollarlıq preferensiyaları indi Finlandiya özü ödəməyə hazırdır. Amma, böyük ehtimalla, finlandiyalı siysətçi bu yükün çox cüzi hissəsinin Helsinkinin, qalanının isə digər Avropa ölkələrinin üzərinə qoyulmasını nəzərdə tutur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Finlandiya Ermənistan "canıyananlıq"