Emin: `O çox gözəl xanımdır` - VİDEO

Emin: `O çox gözəl xanımdır` - VİDEO
  22 İyul 2014    Oxunub:1266
Müğənni-bəstəkar Emin iyulun 17-də "Yaşıl Teatr”dakı konserti zamanı “Onlar” kamerası qarşısına keçərək açıqlamalar verib.
AzVision.az-ın məlumatına görə, sənətçi həyəcanlı olduğunu gizlətməyib:

“Doğma evim olan Bakıda hər zaman konsertdən əvvəl həyəcan keçirirəm. Tamaşaçılarım ilk dəfə deyil ki, məni izləməyə gəlirlər. İstəmirəm, onlar mənimlə görüşdən narazı getsinlər”.

Emin Bakıda çəkdirdiyi ilk klipindən də bəhs edib:

“Bu, mənim Bakıda, Xəzər dənizi sahilində çəkdirdiyim ilk klipimdir. Rejissoru Aleksandr Saloxdur. Ani Lorak və Zemfira kimi məşhurlarla işləyib. Ekran işində çox gözəl bir xanım çəkilib. Adını hələ açıqlamıram”.

“Yerli müğənnilərdən kimlərlə duet oxumaq istərdiniz” sualına isə Emin “Hələ ki belə bir planım yoxdur. Yerli müğənnilərlə hansı üslubda oxuya biləcəyimi qərarlaşdırmamışam” deyə cavab verib.



Xəbər lenti