Qanunsuz tikililər sökülüb

Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti rayonun Binə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edərək müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz inşa olunan tikililəri söküb.
AzVision.az
Teqlər: