Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib

   Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
  13 Dekabr 2024    Oxunub:1149
ABŞ dövlət katibi Antoni Blinken İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşdə Suriyadakı vəziyyətin nizamlanması və mülki hökumətin yaradılmasının vacibliyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

"Dövlət katibi Birləşmiş Ştatların Suriyada inklüziv və nümayəndəli mülki hökumətin formalaşmasına gətirib çıxaracaq siyasi prosesə dəstəyini bir daha təsdiqləyib", - deyə bildirilib.

A.Blinken deyib ki, keçid hakimiyyəti orqanları, eləcə də gələcək Suriya hökuməti “xüsusilə qadınlar və milli azlıqlar üçün insan hüquqlarına hörmətlə bağlı açıq öhdəlikləri yerinə yetirməlidir”. Dövlət katibi həmçinin yeni hakimiyyəti Suriyanın “dini yerlərə və müqəddəs yerlərə” hörmətlə yanaşmağa çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti