Peskov: "Trampın bəyanatları Kremlin mövqeyi ilə üst-üstə düşür"

    Peskov:    "Trampın bəyanatları Kremlin mövqeyi ilə üst-üstə düşür"
  13 Dekabr 2024    Oxunub:1072
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrlə bağlı açıqlamaları Kremlin mövqeyi ilə tam şəkildə üst-üstə düşür.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Tramp İrana qarşı sərt addımlar ata bilər
“Bu məsələ ətrafında, eskalasiyanın səbəbləri ilə bağlı baxışlarımız eynidir. Aydın məsələdir ki, Tramp münaqişə ətrafında vəziyyətin gərginləşdirdiyini başa düşür”, - Kreml nümayəndəsi bildirib.

Peskov onu da əlavə edib ki, Trampın andiçmə mərasimindən sonra Rusiya ərazilərinə zərbələrin endirilməsi barədə qərarın ləğvi ehtimalı barədə danışmaq hələ tezdir. Onun sözlərinə görə, bu, yalnız müəyyən bir zaman keçdikdən sonra bəlli olacaq.

Xatırladaq ki, Donald Tramp Ukrayna ordusunun Amerikanın uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməsinə qarşı olduğunu bəyan edib. O vurğulayıb ki, Kiyevin bu cür hərəkətləri münaqişənin daha da genişlənməsinə gətirib çıxarır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Rusiya   ABŞ  





Xəbər lenti