Kanada ABŞ-yə satdığı uran və neftə gömrük rüsumları tətbiq edə bilər

   Kanada ABŞ-yə satdığı uran və neftə gömrük rüsumları tətbiq edə bilər
  13 Dekabr 2024    Oxunub:1016
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı bütün Kanada mallarına 25% rüsum tətbiq etməməyə inandırmaq üçün Ottava neft, uran və kalium gübrələrinə ixrac rüsumalrı tətbiq etmək variantını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, Kanada hökumətindəki yüksək vəzifəli məmura istinad edən “The Globe and Mail” qəzeti belə məlumat yayıb. Onun sözlərinə görə, Ottava cavab tədbirləri üçün bir neçə variantı nəzərdən keçirsə də, hələlik onlarda hansını seçmək qərarına heç yaxınlşamayıb da.

Mediada yayılan xəbərlərə reaksiya verən Saskaçevan əyalətinin qubernatoru Skott Mo, mümkün ixrac tariflərinin “ABŞ tariflərinə qarşı özünü məhv edəcək cavab” olacağını bildirib.

“İqtisadi zərərin əhəmiyyətli hissəsi Saskaçevana yönəldiləcək, çünki biz Kanadanın bütün uranını və demək olar ki, bütün kaliumunu hasil edirik, həmçinin əhəmiyyətli neft hasilatı ilə də məşğul oluruq”, - əyalətin qubernatoru “X” sosial şəbəkəsində yazıb.

Qəzet yazır ki, Kanadanın hakim dairələrində ABŞ-nin hərəkətlərinə mümkün cavab tədbirləri ilə bağlı fikir ayrılıqları ucbatından parçalanma yaranır. Belə ki, Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-yə ixrac edir. ABŞ, Meksika və Kanada aralarında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır.

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə hədələyib
Bununla belə, bir müddət əvvəl Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kanada   ABŞ   rüsumlar  





Xəbər lenti