11 ayda orta illik inflyasiya 2 % olub

11 ayda orta illik inflyasiya 2 % olub
  11 Dekabr 2024    Oxunub:574
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-qida məhsulları üzrə 101,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,8 % təşkil edib.
AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 %, qeyri-qida məhsulları üzrə 102,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 % təşkil edib.

Noyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti