2 yaşlı qız pilləkəndən yıxılaraq öldü

2 yaşlı qız pilləkəndən yıxılaraq öldü
  10 Dekabr 2024    Oxunub:788
Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
AzVision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 7 radələrində Düz Cırdaxan kəndində baş verib.

Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.

Azyaşlı xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti