Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır - Açıqlama

   Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır -    Açıqlama
  09 Dekabr 2024    Oxunub:1161
Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat yayıb, əhaliyə müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:

"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

AzVision.az



Teqlər:





Xəbər lenti