“YAŞAT” Fondu dörd illik hesabat verdi
Fondun rəhbəri bildirib ki, dörd il ərzində əməkdaşlar tərəfindən 18 min 362 nəfər ziyarət olunub. Ziyarət olunanlardan 3005 nəfəri şəhid ailəsidir. Həmçinin 7250 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə 17 min 159 nəfər öhdəliyə götürülüb.
Bu illər ərzində 16 min 509 nəfərin müraciəti təmin edilib və 64 min 401 ödəniş reallaşdırılıb. Ödənişlərin 48.09 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37.15 faizi tibbi xərclərə, 8.13 faizi borc öhdəliklərinə, 6.06 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə aiddir.
O bildirib ki, vətəndaşın müraciət etdiyi tibbi xidmət əgər icbari tibbi xidmət zərfində varsa, Fond həmin müraciəti ləğv etmək məcburiyyətində qalır: “Bildiyiniz kimi, icbari tibbi xidmət zərfində 3 100-dən artıq xidmət yer alıb. Vətəndaşın müraciət etdiyi tibbi xidmət dövlət tərəfindən qarşılana bilirsə, biz bunu onlara izah edərək geri çeviririk”.
Elvin Hüseynov əlavə edib ki, "YAŞAT" düşərgəsi bu günə qədər 812 şəhid övladını əhatə edib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: