Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir

   Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir
  07 Dekabr 2024    Oxunub:833
Dekabrın 7-də Milli Məclisin Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Tacikistan Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Qulzoda ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət zamanı Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransının əhəmiyyəti, Azərbaycan ilə Tacikistan arasında iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, iki ölkənin münasibətləri qardaşlıq və dostluq xarakteri daşıyır və Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Tacikistan tərəfindən məmnunluqla qarşılanır.

Tərəflər parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, qarşılıqlı tələbə mübadiləsi və müxtəlif sahələrdə maraq doğuran məsələlər barədə də müzakirələr aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti