Tədbirdə çıxış edən natiqlər, əsasən, Qərbi Azərbaycan mədəniyyəti və tarixinin gənclər arasında daha geniş şəkildə təbliği ilə bağlı müxtəlif mövzuları müzakirə ediblər. Onlar, həmçinin, müasir informasiya texnologiyalarının və sosial medianın bu sahədəki rolunu vurğulayaraq, gəncləri Qərbi Azərbaycan mədəniyyətinin qorunması və inkişafına dəvət ediblər. Onlar, həmçinin, Qərbi Azərbaycanın tarixi şəxsiyyətləri, mədəni irsi və sosial-media platformalarında bu mövzularla bağlı məlumatların genişlənməsi məsələlərinə toxunublar.
Sonda “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan –gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi.
AzVision.az