Lənkəran rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya açıqlamasında bildirilib ki, bu gün saat 03:25-də Astara rayonu Böyük Şahağacı kəndində baş vermiş hadisə nəticəsində bir nəfər (kişi cinsli) sağ ayağın topuq nahiyəsinin amputasiyası, sol ayaq barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilir.
AzVision.az