Qeyd edilib ki, bu mülk əvvəllər qalmaqallı kino prodüseri olan Harvi Vaynşteynə məxsus olub. Qreys mənzili 2006-cı ildə satın alıb və bundan sonra bu evdə keçmiş əri, məşhur amerikalı aktyor Robert De Niro ilə birlikdə yaşayıb: "Lotun ümumi sahəsi 538,8 kvadratmetrdir. Tavan hündürlüyü 3.35 m olan mənzildə yeməkxana, qonaq otağı, fars xalçaları ilə örtülmüş kitabxana, həmçinin əsas mərtəbəni mətbəx-yemək otağından ayıran vestibül var".

Tural Tağıyev
AzVision.az