FSB rəhbəri: "ABŞ MDB-də xaos və ucuz resurs bazası yaratmaq istəyir"

   FSB rəhbəri:    "ABŞ MDB-də xaos və ucuz resurs bazası yaratmaq istəyir"
  26 Noyabr 2024    Oxunub:334
"ABŞ və onun müttəfiqləri MDB-də xaos yaratmaq və birlik məkanını ucuz resurs bazasına çevirmək istəyirlər".
Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin(FSB) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin kəşfiyyat və təhlükəsizlik xidməti rəhbərlərinin Moskvada keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Qərb öz geosiyasi ambisiyalarını reallaşdırmaq üçün ən çirkin üsullardan istifadə etməkdən çəkinmir.

Bortnikov həmçinin qeyd edib ki, ABŞ prezidenti postunu tərk edən Cozef Baydenin komandası dünyada vəziyyəti mümkün qədər gərginləşdirə bilər. FSB direktoru belə hesab edir ki, Bayden və onun tərəfdarlarının əsas məqsədi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına çətinliklər törətməkdir. Tramp yığılıb qalan problemlərin siyasi həlli üçün potensial imkanlara malik olsa belə ona çətinliklər yaradılır. Onun sözlərinə görə, Vaşinqton Kiyevə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməyə icazə verəndə artıq buna doğru ilk addım atılmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər: MDB  





Xəbər lenti