Trampla bağlı hökm qeyri-müəyyən müddətə təxirə salınıb

Trampla bağlı hökm qeyri-müəyyən müddətə  təxirə salınıb
  23 Noyabr 2024    Oxunub:290
Hakim Xuan Merçan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “Stormi Daniels işi üzrə” mühakimə olunmasını müdafiə tərəfi iddiasını təqdim edənə qədər qeyri-müəyyən müddətə təxirə salmaq barədə qərar çıxarıb. Hökm noyabrın 26-da elan edilməli idi.
AzVision.az Amerika mediasına istinadən xəbər bildirir ki, hakim həmçinin Trampın vəkillərindən dekabrın 2-dək bütün lazımi sənədlərin təqdim olunmasını xahiş edərək, işin dayandırılması ilə bağlı vəsatət qaldırmağa icazə verib. Prokurorluğun buna cavab verməsi üçün bir həftə vaxtı olacaq.

Bundan əvvəl Manhetten dairəsinin prokuroru Elvin Breqqin nümayəndələri hakimdən hökmün çıxarılması vaxtının noyabrın 19-na dəyişdirilməsini istəmişdilər. Onların fikrincə, bu, Trampın seçkilərdə qələbəsi səbəbindən işin bağlanmasından qaçmağın ən yaxşı yoludur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   məhkəmə   hökm  





Xəbər lenti