Amerikalı sərmayədar partladılmış “Şimal axını -2” kəmərini almaq istəyir

   Amerikalı sərmayədar partladılmış “Şimal axını -2” kəmərini almaq istəyir
  22 Noyabr 2024    Oxunub:780
Amerikalı sərmayədar Stiven Linç Rusiyanın zədələnmiş “Şimal axını - 2” qaz kəməri İsveçrənin iflas proseduru çərçivəsində hərraca çıxarılacağı təqdirdə ABŞ hökumətindən onun bu prosesdə iştirakına icazə verməsini xahiş edib.
AzVision.az xəbər verir ki, sərmayədarın ABŞ-nin Maliyyə nazirliyinə məktubuna istinad edən “The Wall Street (WSJ)” nəşri belə məlumat yayıb.

“Kölgədə qalmağa üstünlük verən Linç 20 ilini Moskvada bizneslə məşğul olmaqla keçirib. O, ABŞ rəsmilərinə və qanunvericilərə deyib ki, Amerikanın boru kəmərinə sahib olması Ukraynadakı münaqişəyə son qoymaq və Vaşinqtonun uzunmüddətli maraqlarına xidmət göstərmək üçün Rusiya ilə istənilən sülh danışıqlarında təsir rıçaqlarını təmin edəcək”, - qəzetdə dərc olunan materialda deyilir.


Onun fikrincə, bu kəmərə sahib olmaq ABŞ və Avropa üçün bərpa olunmayan yanacaq dövrünün sonuna qədər qitənin enerji təchizatına nəzarət etmək üçün unikal imkandır. Buna görə də, Mayamidən olan sərmayədar 2024-cü ilin fevralında Maliyyə nazirliyindən ABŞ sanksiyalarına məruz qalan şəxslərlə “Şimal axını”nın alınması ilə bağlı danışıqlar aparmağa imkan verən icazəni istəyib.

Qeyd edək ki, iyun ayında İsveçrə məhkəməsi “Nord Stream 2 AG” qaz kəməri operatorunun iflası prosedurunun müddətini 2025-ci ilin yanvarına qədər uzadıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Linç  





Xəbər lenti