Lukaşenko diktaturadan qorxurmuş

Lukaşenko diktaturadan qorxurmuş
  22 Noyabr 2024    Oxunub:808
Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən açıqlamalar verib.
Belta-nın yaydığı məlumata görə, o, qeyd edib ki, prezidentlik həyatında ən çox qorxduğu şey diktatorluq olub.

Lukaşenko: "Müharibəyə hazırlaşmalıyıq!"
“Vojdizm" (Yalnız bir şəxsin, liderin maraqlarına yönəlmiş siyasət-red.) olmamalıdır. Bütün prezidentlik həyatımda qorxduğum bu olub”, - siyasətçi humanitar elmlər fakültəsinin tələbələri ilə “Prezidentlə açıq mikrofon” formatında təşkil olunan görüşdə deyib.

Lukaşenko onu da vurğulayıb ki, ümumiyyətlə Belarusda heç vaxt diktatura olmamalıdır və olmayacaq da. Onun fikrincə, diktator olmaq üçün dövlət başçısının diktatura rıçaqları yaranmalıdır. Siyasətçi belə hesab edir ki, onun diktatura rıçaqları yoxdur. Sadəcə olaraq ABŞ-də onu səbəbsiz yerə diktator adlandırmağa başlayıblar.

Qeyd edək ki, görüş zamanı Lukaşenko bildirib ki, bu gün dünya üçüncü dünya müharibəsi astanasındadır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lukaşenko   Belarus  





Xəbər lenti