ÜST rəhbəri xəstəxanaya yerləşdirildi

ÜST rəhbəri xəstəxanaya yerləşdirildi
  21 Noyabr 2024    Oxunub:391
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Braziliyanın Rio-de-Janeyro şəhərində xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, məlumatı "O Globo" qəzeti yayıb.

Qebreyesus G20 sammitində özünü pis hiss etdikdən sonra həkimə müraciət edib. Ona "labirintit" (daxili qulaq iltihabı) və hipertoniya krizinin əlamətləri diaqnozu qoyulub. Bu səbəbdən o, Rio-de-Janeyronun Barra-da-Tijuka rayonunda yerləşən bir xəstəxanada müalicə altına alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti