Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm - Aleksandar Vuçiç
A.Vuçiç Prezident İlham Əliyevlə COP29-la və Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı bəzi aktual məsələləri müzakirə etdiyini qeyd edib.
"Hər iki ölkə Serbiyadakı həmin qaz elektrik stansiyasının tikintisində maraqlı tərəf ola bilər və bunu etsək, bu, bizim böyük əməkdaşlığımızda daha bir mühüm addım olardı. Ümid edirəm ki, biz gələn ilin yanvarında Belqradda Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edə biləcəyik.
Biz son bir ildə ticarət mübadiləsinin, ticarət dövriyyəsinin səviyyəsini beş il əvvəlki ilə müqayisədə uğurla 30 dəfə artırmışıq. Mən həqiqətən də burada, Azərbaycanda, Bakıda, öz evimdəki kimi hiss edirəm və ümid edirəm ki, gələn ilin yayında Azərbaycan Prezidenti İlham Əliyevi yenidən burada ziyarət edəcəyəm".
AzVision.az
Teqlər: COP29