15 marşrutun fəaliyyəti dayandırılır

 15 marşrutun fəaliyyəti dayandırılır
  09 Noyabr 2024    Oxunub:1134
COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərində 15 sayda marşrutun fəaliyyəti dayandırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a verilən məlumata görə, 1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli fəaliyyəti müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

AzVision.az


Teqlər: COP29   avtobus  





Xəbər lenti