Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətləri üçün 2 520 müraciət daxil olub

   Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətləri üçün 2 520 müraciət daxil olub
  08 Noyabr 2024    Oxunub:790
Bu ilin noyabrın 1-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 2 520-dən çox müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda yayımlanan "İslahat icmalı"nda qeyd olunub.

Müraciət edənlərdən 503-ü xarici, 2 017-si yerli şəxslərdir. Müraciətlərin 1 479-u investisiya layihələri ilə bağlı olub, onların 4 %-i xarici, 96 %-i isə yerli investorlar tərəfindən təqdim edilib.

İnvestisiya layihələrinin 56 %-i ticarət və xidmət, 8 %-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət, 17 %-i sənaye, 19 %-i isə kənd təsərrüfatı sahələrini əhatə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti