Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan olmayıb

Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan olmayıb
  22 Oktyabr 2024    Oxunub:536
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.
Bu barədə AzVision.az "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb: “Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Əlavə məlumat təqdim olunacaq”.
AzVision.az



Teqlər:





Xəbər lenti