İki qardaşı bıçaqlayan gömrük işçisi tutulub - DİN

F.Həsənov hadisə yerində ölüb, Şəhriyar xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Samur Həsənov tutulub.
Xatırladaq ki, qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət Gömrük Komitəsinin mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.
Teqlər: