Overçuk Paşinyanla Rusiya-Ermənistan əməkdaşlığını müzakirə edib

Overçuk Paşinyanla Rusiya-Ermənistan əməkdaşlığını müzakirə edib
  13 Sentyabr 2024    Oxunub:1232
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya baş nazirin müavini Aleksey Overçuk İrəvanda görüş keçiriblər.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər.
Qeyd edilib ki, tərəflər gündəlikdə duran ikitərəfli məsələləri nəzərdən keçiriblər, həmçinin iki ölkənin Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətinə toxunublar.
Qeyd edək ki, İrəvana Overçukla birgə xarici işlər nazirinin müavini Mixail Qaluzin də gəlib.
Digər tədbirlərlə yanaşı, sabah Rusiya rəsmisinin Lori bölgəsinə səfəri nəzərdə tutulub. O, burada may daşqınları nəticəsində zərər görmüş dəmir yolunda aparılan bərpa işlərinin nəticələri ilə tanış olacaq.

Tural Tağıyev

AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti