“Rusiya müharibəni uduzmalıdır”

   “Rusiya müharibəni uduzmalıdır”
  13 Sentyabr 2024    Oxunub:1751
ABŞ-nin Dövlət katibi və Böyük Britaniyanın Xarici İşlər naizri Kiyevə birgə səfərdən sonra verdikləri açqılamalarda Ukraynanın naminə Rusiyanın müharibəni uduzmasının zəruri olduğunu vurğulayıblar.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken Polşanın “TVN 24” telekanalına müsahibəsində Vaşinqtonun müharibədə Ukraynanın qalib gəlməsində tam qətiyyətli olduğunu bildirib.

Rusiyanın Ukraynaya hücumundan sonrakı müddətdə, yəni son iki ildə baş verənlərə nəzər salanda Ukraynanın bütün çətinliklərə rəğmən uğur qazandığını görürük, hərçənd Rusiyanın aqqresiyası 2014-cü ildən başlamışdı. Kiyev, Xarkov və Xersonda qazanılan uğurlar, Ukraynanın özünün donanması olmadığı halda Rusiya donanmasını Qara dənizdən sıxışdırıb çıxarması, bu gün Kurskda baş verənlər, başlıcası isə 50-dən çox ölkənin koalisiyası tərəfindən dəstəklənən Ukrayna xalqı göstərir ki, onun güclü iradəsi var və əgər belə ruhda davam etsək - edəcəyik də - uğur bizimlə olacaq. Yəni mənim buna heç bir şübhəm yoxdur" - Blinken deyib.

Amerikalı məmurun iddiasına görə, Putin artıq məğlub olub. Çünki onun yeganə məqsədi Ukraynanı dünya xəritəsindən silmək, müstəqil, suveren ölkə kimi mövcudluğuna son qoymaq və Rusiya imperiyasını yenidən yaratmaq üçün onu Rusiyanın tərkibinə qatmaq idi. Lakin Putin buna müvəffəq olmayıb və ola da bilməz. Qərb isə Kiyevə dəstəyini davam etdirməlidir ki, Ukrayna ona qarşı yönəlmiş təcavüzün qarşısını ala, həm də hərbi, iqtisadi və demokratik cəhətdən güclü, müstəqil ölkə qurmaqla, Aİ və NATO da nəzərə alınmaqla, Avro-Atlantik birliyin institutlarına getdikcə daha çox inteqrasiya oluna bilsin.

“Ukrayna bu trayektoriya üzrə hərəkət edir. Bu, Kiyevin uğurudur. Yaxşı xəbər isə budur ki, Rusiya hər dəfə müharibəni uduzanda orada islahatlar baş verir. Ona görə də, Rusiya Ukrayna naminə, İkinci Dünya Müharibəsindən sonra qoyulan tabular naminə, Moskvanın özünün Ukraynaya verdiyi zəmanətlər, həm də Rusiyanın özünün gələcəyi naminə bu müharibəni uduzmalıdır”, - ABŞ-nin Dövlət katibi kollektiv Qərbin Rusiya ilə bağlı vahid mövqeyini bir daha xatrıladıb.

Entoni Blinkenin Britaniyalı həmkarı Devid Lemmi isə Rusiyaya qalib gəlmək strategiyasının işlənib-hazırlanmasına çağırıb. “The Telegraph” nəşrinin yaydığı məlumata görə, Devid Lemmi bildirib ki, əsas qış döyüşləri öncəsi Böyük Britaniya və ABŞ Rusiyanı məğlub etmək üçün Ukraynaya zəruri olan silahları verməlidir.

- Müharibəni Rusiya başlayıb. Ukraynaya bu müharibədə qalib gəlmək üçün zəruri olanı vermək vacibdir. Bu mübarizədə indi həlledici dövrdür, çünki siz Rusiyanın qışda üstünlük əldə etməsinə mane olmaq üçün hər şeyi yaradırsınız. Biz Rusiyanın ballistik raketlərin bir partiyasını ələ keçirməklə dostu İranla eskalasiyaya getdiyinin tam aydın olduğu bir vaxtda buradayıq. Təəssüf ki, Ukrayna xalqına qarşı qışda ballistik raketlərin istifadəsi insanların həyatı bahasına başa gələcək. Beləliklə, biz ukraynalılara qalib gəlmək fürsətini necə verə biləcəyimizi və bunun nə tələb edəcəyini anlamaq üçün bir strategiya hazırlamaq üçün buradayıq”, - Böyük Britaniya XİN-in rəhbəri Kiyevə səfəri zamanı vurğulayıb.

Qeyd edək ki, bu Lemminin Xarici İşlər naizri qismində Ukraynaya ilk səfəri idi. Prezident Volodimir Zelenskiyə böyük hörmət bəslədiyini və onu “müasir qəhrəman” hesab etdiyini deyən britaniyalı nazir Ukraynada bir ruh yüksəkliyinin hökm sürdüyünü diqqətə çatdırıb.

“Döyüş meydanına və baş verənlərə rəhbərlik etmək hissi çox böyükdür. Tam əminəm ki, mən təqaüdə çıxanda – o, məndən bir az cavandır – indiyə qədər həyatımda tanış olduğum ən təəsüratlı insanlardan biri olacaq. Burada blits-ruh var. Bu, milli səylərdir. Məsələ təkcə siyasətçilərdə yox, bütün xalqdadır. Bu xalq öz ölkəsi uğrunda müasir imperializmə müqavimət göstərmək üçün mübarizə əzmindədir”, - Devid Lemmi qeyd edib.

Onun sözlərinə görə, Ukrayna bu müharibədə qələbənin onun üçün nə demək olduğunu dəqiq müəyyənləşdirib. Bu məsələdə başlanğıc nöqtəsi Rusiyanın getməsi və Qərbin bu işdə Ukraynanı dəstəkləməsidir. Bu baxımdan, Kiyevin müttəfiqləri qalib gəlmək üçün Ukraynanın güclü mövqedə olduğuna inanırlar.

Blinkenin və Lemminin Vaşinqtonda Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli Qərb raketləri atmasına icazə verilib-verilməməsini müzakirə edəcəyi gözlənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Blinken   Lemmi   Ukrayna   Rusiya  





Xəbər lenti