Tramp Harislə növbəti debatı rədd edib

Tramp Harislə növbəti debatı rədd edib
  13 Sentyabr 2024    Oxunub:1348
Amerikanın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harislə növbəti debat proqramında iştirak etməyəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə o, sahibi olduğu “Truth Social” platformasında yazıb.

"Trampla Harrisin debatı şou idi" - Zaxarova
“Bir boksçunun döyüşdə uduzanda dediyi ilk söz "revanş istəyirəm" olur. Sorğular açıq şəkildə göstərdi ki, mən çərşənbə axşamı demokratların solçu radikal namizədi Kamala Harisə qarşı debatda qalib gəldim.

O, dərhal debatların ikinci turunu tələb etdi. Kamala yaxşı olardı ki, son dörd ildə etdiklərini bir yadına salsın. Üçüncü debat olmayacaq”, - deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Haris ölkəni məhv edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   DonaldTramp   KamalaHarris   ABŞ  





Xəbər lenti