Nadir güc nümayişi bitdi: ABŞ esminesini Yaxın Şərqdən geri çəkib

   Nadir güc nümayişi bitdi:    ABŞ esminesini Yaxın Şərqdən geri çəkib
  13 Sentyabr 2024    Oxunub:1234
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmi bu həftə Yaxın Şərqdən ayrılaraq bölgədəki güc nümayişini dayandırıb.
Bu fikirlər Business Insider-də dərc olunan məqalədəndir.
Nəşr amerikalı rəsmilərdən birinə istinad edərək yazıb ki, təyyarədaşıyan "Teodor Ruzvelt" gəmisi çərşənbə günü axşam saatlarında bölgədən uzaqlaşıb. O, indi özünün zərbə qrupunun iki esminesi - "Daniel İnouye" və "USS Russell" ilə Hind-Sakit okeanı regionundadır.

Bu addımla Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə eyni vaxtda fəaliyyət göstərən bir neçə təyyarədaşıyan gəminin çoxhəftəlik fəaliyyət dövrünü başa vurmuş oldu: "Bu, ABŞ ordusu üçün nadir bir güc nümayişi idi. Hərbi Dəniz Qüvvələrinin iki esminesi bölgədə sonuncu dəfə 2020-ci ilin martında olmuşdu.
Amma digər təyyarədaşıyan "Abraham Linkoln" hələ də Yaxın Şərqdə fəaliyyət göstərir. O, regiona avqustun sonunda daxil olub".

Qeyd edək ki, ABŞ, həmçinin idarə olunan raketlərlə təmin olunmuş "USS Georgia" adlı sualtı gəmisini də Yaxın Şərqə göndərmişdi. Bu həftənin əvvəlində Pentaqonun sözçüsü "Ohayo" sinifli ağır silahlarla təmin olunmuş gəminin bölgəyə gəldiyini təsdiqləyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti