Kiyev ilk dəfə beton yandıran dronlardan istifadə etməyə başlayıb

Kiyev ilk dəfə beton yandıran dronlardan istifadə etməyə başlayıb
  13 Sentyabr 2024    Oxunub:1247
Ukrayna qoşunları cəbhə zonasında termit qarışığı kimi çox tez alışan xüsusi sursata malik dronlardan istifadə etməyə başlayıblar.
Bu barədə Rusiya mediası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Kremldən xəbərdarlıq: "Sosial obyektlərimizi vurmağa çalışacaqlar"
“Dronlar mahiyyətcə digərləri ilə eynidir. Lakin onlar artıq əvvəlkilərdən qat-qat güclü olan yandırıcı sursatlar atırlar. Bu sursatlar hətta betonu belə yandırır. Hərçənd burada effektivlik şərti xarakter daşıyır. Çünki biz belə sursat yanğınlarını tez bir zamanda söndürə bilirik”, - mənbə agentliyə bildirib.

Eyni zamanda, təhlükəsizlik qüvvələrinin nümayəndəsi vurğulayıb ki, bu cür dronların yaratdığı təhlükəni gözardı etmək olmaz. Çünki hazırda xüsusi əməliyyat zonasında yağış yağmır və bölgədə çoxlu quru ot var.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Dron  





Xəbər lenti