Zaxarova: "Britaniya diplomatları xalqımıza ziyan vurmaqla məşğul olublar"

   Zaxarova:    "Britaniya diplomatları xalqımıza ziyan vurmaqla məşğul olublar"
  13 Sentyabr 2024    Oxunub:1158
"Böyük Britaniyanın Moskvadakı səfirliyində fəaliyyət göstərən diplomatlar rus xalqına zərər vurmaq məqsədi daşıyan müəyyən işlərə cəlb olunublar".
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlamasında deyib. O qeyd edib ki, həmin diplomatların fəaliyyəti Vyana Konvensiyalarının hüdudlarından xeyli kənara çıxıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) britaniyalı diplomatların fəaliyyəti ilə bağlı təqdim etdiyi qiymətləndirmələri biz də tam şəkildə bölüşürük", - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi diqqət çəkən məlumat yayıb. Məlumatda qeyd edilib ki, hərəkətlərində kəşfiyyat və təxribat izləri aşkarlanan Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyası dayandırılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti