ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib

Sanksiya siyahısına daxil edilənlər arasında Milli Seçki Şurası, Ali Ədliyyə Tribunalı və Milli Assambleyanın rəhbərlərinin adları da var. Sanksiya ABŞ-ın bu ilin iyulunda Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlıdır.
Bugünkü sanksiya da daxil olmaqla Xəzinə Departamenti 140-dan çox venesuelalı indiki və keçmiş rəsmi şəxslərə sanksiya tətbiq edib. Həmçinin 2000-ə yaxın şəxsin adı Dövlət Departamentində viza məhdudiyyəti tətbiq edilə biləcək şəxslər kimi qeydiyyata alınıb.
AzVision.az
Teqlər: