Ermənistanın müdafiə nazirinin keçmiş müavini dövlətə 200 milyon ödəyəcək

Qeyd olunub ki, keçmiş məmurla aidiyyəti qurumu arasında qanunsuz əmlakın dövlətə qaytarılması ilə bağlı xüsusi barışıq müqaviləsi bağlanıb.
Xatırladaq ki, Mirzəbekyan bu vəzifədə 2007-2016-cı illərdə çalışıb. Prokurorluq 2020-ci ilin oktyabrında Mirzabekyanın əmlaklarının mənşəyini yoxlamağa başlayıb. Daha sonra nazir müavinindən və onunla əlaqəli şəxslərdən 5 daşınmaz əmlakın, bir nəqliyyat vasitəsinin, 12 bank əmanətinin və 74 milyon dramın dövlətə qaytarılması tələb edilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan