“Axmat”ın komandiri: "Kurskun bir hissəsi azad edilib"
"Bildiyim qədəri ilə, hərbçilər artıq bir neçə yaşayış məntəqəsini düşməndən geri alıblar", - o qeyd edib.
Alaudinov əlavə edib ki, Rusiya hərbçiləri ləyaqətli döyüşçülərdir. Onun sözlərinə görə, Ukrayna tərəfi xeyli sayda itki verib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: