Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 87 nəfərə yüksəlib
Şiddətli qasırğa ölkənin şimalında daşqın və torpaq sürüşmələrinə səbəb olub. Son üç gündə 25 şimal əyalətinə 20-40 santimetr yağış yağıb. Bir sıra şimal-qərb əyalətlərində isə yağıntının həcmi 76 santimetr olub. Meteoroloqlar yağıntıların sentyabrın 12-dək davam edəcəyini bildirirlər.
Təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub. Bundan əlavə, minlərlə ağac kökündən qopub, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb.
“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.
AzVision.az
Teqlər: