Prezidentin aqrar sahə ilə bağlı yeni qərarı

Prezidentin aqrar sahə ilə bağlı yeni qərarı
  13 İyul 2014    Oxunub:1181
Prezident İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmanda dəyişikliklər edib.
AzVision.az xəbər verir ki, dəyişikliklərə əsasən, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmayacaq. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına verilən lisenziyada onların saxlanılmasına icazə verildiyi göstəriləcək.

Nazirlər Kabineti fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək.

Fərmanla təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı əlavə edilib.


Teqlər:  





Xəbər lenti