ABŞ nüvə silahı ilə bağlı qadağanı gözardı edir
“Biz çoxdomenli işçi qrupunun Yaponiyadan necə fəaliyyət göstərdiyini görməkdə çox maraqlı olardıq. Biz Yaponiya özünümüdafiə qüvvələrinə bunda maraqlı olduğumuzu açıqladıq. Onların yerləşdirilməsi Yaponiya hökumətinin tempinə uyğun olaraq davam edəcək”, – nəşr Kristin Uormutdan sitat gətirir.
Onun sözlərinə görə, Tokioya bu yaxınlarda səfəri zamanı Yaponiyanın Müdafiə naziri Minoru Kihara ilə Amerikanın yeni çoxdomenli əməliyyat qüvvələrinin (MDTF) Yaponiya ərazisindəki təlimlərə cəlb olunması perspektivlərini müzakirə edib.
MDTF-ni tərkibinə həmçinin Amerikanın yerüstü orta mənzilli “Typhon” raket sistemləri (həmçinin Mid-Range Capability, MRC adlanır) də daxildir.
Bu raketlərin Yaponiyaya göndərilməsi “Yaxın və Orta mənzilli raketlərin ləğvi barədə müqavilə”yə əsasən, onların Asiyada yerləşdirilməsinə qoyulan qadağanın pozulmasının ikinci mərhələsi olacaq. İlk dəfə “Typhon” raketləri bu ilin yazında Filippində keçirilən ABŞ-Filippin təlimlərinə cəlb ediliblər. Bundan sonra ABŞ-yə qayıtmayan komplekslər hələ də Filippin adalarından birində qalır. Qurğuların oradan birbaşa Yaponiyaya ötürüləcəyi istisna olunmur.
Qeyd edək ki, bu sistemlər əvvəllər Moskva və Vaşinqtonun imzaladığı “Yaxın və Orta mənzilli raketlərin ləğvi müqaviləsi” çərçivəsində qadağan olunmuşdu. “Typhon” raket sisteminin Yaponiyada yerləşdirilməsi ABŞ-yə lazım gələrsə Çin, Rusiya və Şimali Koreyanı vurmaq imkanı verəcək.
Həmçinin, bu ilin iyulunda məlum oldu ki, 2026-cı ildən ABŞ Almaniyada yerüstü orta və qısa mənzilli raketlər yerləşdirəcək. Bundan əlavə, Vaşinqton artıq iki dəfə Danimarkanın Bornholm adasına modul tipli konteyner raket sistemləri göndərib.
Sahil İsgəndərov
AzVision.az