Ukrayna yarım milyonluq hücum ordusu hazırlayır - "Çarqrad" |
Ordunun bir çox əsgəri ağır şəkildə yüklənir, döyüşçülər verilən tapşırıqların öhdəsindən gələ bilmirlər: “Bəzi piyadaların əhval-ruhiyyəsi o qədər aşağı düşüb ki, fərarilik və döyüş mövqelərindən uzaqlaşmaq nəinki ümumi heyət, hökumət üçün də əsl başağrısına çevrilib”.
Qəzet 2024-cü ilin ilk dörd ayında Ukraynada icazəsiz mövqe və hərbi hissəni tərk etmə və fərariliyə görə ümumilikdə 17 mindən çox cinayət işinin açılmasına diqqət çəkib. Hətta 12 ilə qədər həbs təhlükəsi də fərarilik fikrində olan əsgərləri dayandırmır: “Sizdə F-16 və HIMARS kimi silahlar ola bilər. Lakin “Kalaşnikov” avtomatları olmadan və atıcı silahlarla döyüşməyi bacaran qüvvə olmadan müharibədə qalib gəlmək mümkün deyil".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az