Zərdabinin keşməkeşli yolu

Zərdabinin keşməkeşli yolu
  12 İyul 2014    Oxunub:1051
İyulun 15-də kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas alim Eldəniz Həsənovun Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr etdiyi “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyasının təqdimat mərasimi keçriləcək.
“Kaspi” qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə baş tutacaq tədbirdə ölkənin tanınmış alim və ziyalılarının, kütləvi informasiya vasitələrinin rəhbərlərinin, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələrinin, həmçinin dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.

Təqdimat mərasimi 15 iyul 2014-cü il tarixdə saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.


Teqlər:  





Xəbər lenti