Ukrayna yarım milyonluq hücum ordusu hazırlayır - "Çarqrad"

   Ukrayna yarım milyonluq hücum ordusu hazırlayır    - "Çarqrad"
  09 Sentyabr 2024    Oxunub:1017
Ukrayna hakimiyyəti 2025-ci ilin yazında Qara dəniz regionuna hücum etmək üçün nəzərdə tutulmuş hücum ordusu hazırlayır. Həmin ordunun yarım milyon nəfərə qədər üzvü olacaq.
Bu fikirlər "Çarqrad"da dərc olunan məqalədəndir.

Məşhur bizesmen: "Kiyev artıq diz çöküb!"
İddia olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Donbasda verdiyi hazırkı itkilər yalnız vaxt qazanmağa hesablanıb: "Əslində, Zelenski gələn yaza hazır olacaq “işğalçı ordu” hazırlayır. İndi təxminən 700-900 min nəfəri səfərbər edirlər".

Müəllif Rusiya tərəfinə Odessada yeni cəbhə xətti qurmağı məsləhət bilib. Bu, Krımı, Novorossiya adlanan ərazini və ümumilikdə bütün Qara dəniz sahillərini Ukrayna hücumlarından qorumağa imkan verəcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Ordu  





Xəbər lenti