CİA-nın rəhbəri gizli görüşün sirrini açdı: Moskva taktiki nüvə silahına əl ata bilərdi...

  CİA-nın rəhbəri gizli görüşün sirrini açdı:    Moskva taktiki nüvə silahına əl ata bilərdi...
  08 Sentyabr 2024    Oxunub:1388
2022-ci ildə ABŞ Rusiyanın Ukrayna müharibəsilə əlaqədar taktiki nüvə silahına əl atmaq niyyətindən şübhələnib. Bundan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börns ilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin arasında görüş təşkil olunub.
Uilyam Börnsün sözlərinə görə, o, ABŞ prezidentinin tapşırığı ilə Narışkinlə görüşüb. Məqsəd nüvə silahının tətbiq ediləcəyi təqdirdə yaranacaq gərginliyin nəticələrini müzakirə etmək olub. Danışıqlar 2022-ci ilin noyarbın 14-də Ankarada keçirilib.

Tərəflər əsas mövzudan başqa, Rusiyada saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələni də müzakirə ediblər.

“Heç kim gərginlik riskinə qeyri-ciddi yanaşmamalıdır”,- deyə Börns “Financial Times” qəzetinin təşkil etdiyi tədbirdə vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin əvvəllər Börnslə görüşü barədə danışarkən nüvə təhlükəsizliyi mövzusuna toxunduqlarını demişdi. Eyni zamanda bildirmişdi ki, tərəflər ikitərəfli danışıqlarda toxunduqları məsələləri gizli saxlamalıdırlar.

13 mart 2024-cü ildə Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, əgər Rusiya dövlətinin suverenliyinə təhlükə yaranarsa, nüvə silahına əl atıla bilər.
O həmçinin Rusiyanın nüvə doktrinasına yenidən baxılacağını söyləyib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: CİA   Rusiya   Nüvə   ABŞ  





Xəbər lenti