"Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar - VİDEO

   "Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar -    VİDEO
  07 Sentyabr 2024    Oxunub:1626
Bakı metrosunun "20 Yanvar" stansiyasının ətrafında fəaliyyət göstərən "manatlıq taksi"lərin yığışdırılması bu xidmətdən istifadə edən sərnişinlərin narazılığına səbəb olub.
Şikayətçilərin taksi ilə getdiyi ünvanlar üzrə müvafiq marşrut xətləri işləsə də, sərnişinlər saatlarla yollarda qalırlar. Buna səbəb avtobuslar arasındakı interval uzunluğu, həm də bu minik vasitələrində əlverişsiz şəraitin olmasıdır. "Manatlıq taksi"lər fəaliyyətini dayandırsa, bəs camaat evinə necə tez gedəcək? Köhnə avtobuslardır, istidə bişirik, biz də məcbur olub taksidən istifadə edirik", - deyə sakin narazılığını bildirib.

Ərazidə "manatlıq taksi"lərin yığışdırılmasının səbəbinə gəlincə isə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq ayrılıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması və durması qadağandır.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, "manatlıq taksi"lər yığışdırıldığı üçün vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə alternativ yollar düşünülməlidir. "Çıxış yolu kimi həmin istiqamətlərdə hərəkət edən marşrutdakı avtobusların sayının artırılmasına ehtiyac var. Avtobus sayı artırılsa, intervallar da azalacaq", - deyə nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib.



AzVision.az


Teqlər:





Xəbər lenti