Pentaqon Kiyevə uzunmənzilli silahlar verməyi düşünmür

Pentaqon Kiyevə uzunmənzilli silahlar verməyi düşünmür
  06 Sentyabr 2024    Oxunub:1904
ABŞ Ukraynanın özünün Rusiya Federasiyasının döyüş zonasından uzaqda yerləşən hədəflərini vurmaq üçün vasitələrinin olduğunu düşünür və buna görə də diqqəti digər silah növlərinin tədarükünə yönəldir.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

“Ukraynanın özünün ATACMS raketlərindən daha uzunmənzilli silahları var”, - o, Almaniyada təşkil olunan mətbuat konfransında jurnalistlərin ABŞ-nin nəyə görə hazırda Kiyevə ATACMS raketlərindən daha uzunmənzilli silahlar vermək istəməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Düşünmürəm ki, Ukraynaya hər hansı bir silah növünün verilməsi vəziyyəti kökündən dəyişə bilər”, - o, sözlərinə əlavə edib.

Ostin qeyd edib ki, bu vəziyyətdə Vaşinqtonun vəzifəsi Kiyevi öz ərazisini qorumaq üçün lazım olan silahlarla təmin etməkdir. “Düşünürəm ki, yaxın gələcəkdə biz diqqətimizi onlara öz ərazilərini müdafiə etməyə kömək etməyə yönəldəcəyik”, - ABŞ müdafiə naziri deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti