Qatarların hərəkət sürəti qismən aşağı salınıb

   Qatarların hərəkət sürəti qismən aşağı salınıb
  05 Sentyabr 2024    Oxunub:931
Azərbaycanda dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.
AzVision.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, səhmdar cəmiyyəti zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.

Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️

AzVision.az



Teqlər:





Xəbər lenti