Baş nazir Əli Əsədov Serbiyanın xarici işlər naziri ilə görüşüb

   Baş nazir Əli Əsədov Serbiyanın xarici işlər naziri ilə görüşüb
  02 Sentyabr 2024    Oxunub:1338
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulanıb.

Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti