Bakıda tozun miqdarında artım müşahidə olunur - YENİLƏNİB

 Bakıda tozun miqdarında artım müşahidə olunur -  YENİLƏNİB
  02 Sentyabr 2024    Oxunub:1442
Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2,5-3 dəfə çoxdur. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,5 dəfə yüksək olduğu qeydə alınıb.

***

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

AzVision.az


Teqlər:





Xəbər lenti