Braziliya, yoxsa Hollandiya – Günün oyunu

Braziliya, yoxsa Hollandiya – Günün oyunu
  12 İyul 2014    Oxunub:959
Bu axşam Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının bürünc mükafatçısı məlum olacaq.
AzVision.az-ın məlumatına görə, Bakı vaxtı ilə 01:00-da başlayacaq görüşdə Braziliya və Hollandiya milliləri qarşılaşacaq.

Oyundan əvvəl mətbuata açıqlama verən hər iki milli komandanın baş məşqçisi Dünya Çempionatında keçirdikləri son oyunda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib.

Braziliya - Hollandiya qarşılaşmasını Əlcazairdən olan hakim Camal Haymudinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti