Çempionat davam edir: finalın hakimi bəlli oldu

Çempionat davam edir: finalın hakimi bəlli oldu
  12 İyul 2014    Oxunub:1211
Braziliyada keçirilən dünya çempionatının final oyununun baş hakimi müəyyənləşib.
Qol.Az-ın “Assoşiayted press” agentiliyinə istinadən yaydığı xəbərə görə, həlledici qarşılaşma İtaliya Futbol Federasiyasından Nikola Ritssollinin başçılıq edəcəyi hakimlər briqadasına həvələ olunub.

FİFA-nın vitse-prezidenti Cim Boys və Hakimlər Departamentinin rəhbəri Massimo Buzakka məlumatı təsdiqləyib.

Xatırladaq ki, Almaniya və Argentina milli komandaları arasındakı final oyunu iyulun 13-də keçiriləcək.

Əlavə edək ki, M.Ritsolli "Bavariya" və "Borussiya" arasında 2013-cü ildə baş tutan Çempionlar Liqasının final qarşılaşmasını da idarə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti