COP29 Azərbaycan Əməliyyat Şirkəti qida təhlükəsizliyi üzrə təlimlərə başlayıb
Təlim proqramı beynəlxalq qida təhlükəsizliyi tələb və qaydalarının baza prinsipləri əsasında Azərbaycana məxsus yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib. Həmçinin Ətraf Mühitin Sağlamlığı üzrə Lisenziyalı İnstitut (CIEH - Chartered Institute of Environmental Health) tərəfindən təsdiqlənib.
Proqramın əsas məqsədi COP29 konfransı zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edəcək çoxsaylı ziyarətçilərin ən yüksək qida təhlükəsizliyi standartlarına uyğun müstəsna iaşə və qonaqlama təcrübəsini təmin etməkdir. Qida tədarükçüləri, hotel, restoran və ictimai iaşə obyektlərinin əməkdaşları üçün nəzərdə tutulan bu proqram çərçivəsində ilk təlimlər avqustda təşkil olunub.
Hotel şəbəkələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və işçi heyətlərin səriştələrinin artırılmasına yönələn təlimlərin məzmunu qida təhlükəsizliyinin bütün kritik aspektlərini əhatə edir. Qida məhsullarının hazırlanmasından paylanmasına qədər olan prosesdə faydalı təcrübələr, qidalanmanın idarə edilməsində gigiyena qaydaları, xidmət sahəsində çalışan əməkdaşların şəxsi məsuliyyətinin vacibliyi və bir sıra digər mühüm mövzular proqramda əksini tapıb. İştirakçılar, həmçinin səmərəli preventiv və nəzarət tədbirləri, qidaların təhlükəsiz saxlanma qaydaları və digər təlimatlardan istifadə edə bilirlər.
AzVision.az
Təlim proqramı paytaxtın bir sıra digər hotellərini də əhatə etməklə oktyabrın sonunadək davam edəcək.
Teqlər: