Sosial, işsizlikdən və tibbi sığorta daxilolmaları artıb

Sosial, işsizlikdən və tibbi sığorta daxilolmaları artıb
  13 Yanvar 2025    Oxunub:415
2024-cü ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.
AzVision.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,9 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,7 % artaraq 3,8 milyard manatdan çox təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,7 % artaraq 208,1 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 % artaraq 156,9 milyon manata çatıb.

Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,6 % artaraq 1 milyard manatdan çox, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 721,3 milyon manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti