Zelenski Qərbdən gileyləndi

Zelenski Qərbdən gileyləndi
  12 Yanvar 2025    Oxunub:433
“Rusiya son bir həftə ərzində Ukraynada yüzlərlə hava hücumu həyata keçirib. Ukrayna tərəfdaşlarını hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş sazişləri yerinə yetirməyə çağırır”.
AzVision.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında yazıb.

Prezident bildirib ki, Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb və 600-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

“Ona görə də tərəfdaşların artıq aramızda mövcud olan razılaşmaları həyata keçirməsi vacibdir. NATO-nun Vaşinqtonda keçirilən sammitinin qərarı, eləcə də “Ramştayn” görüşlərində Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”, - Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ da daxil olmaqla tərəfdaşları ilə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və onların raketlərin istehsalı üçün lisenziyaların verilməsinin mümkünlüyü barədə danışıb.

“Bunun üçün qeyri-mümkün heç nə yoxdur və bu, yalnız təhlükəsizliyi təmin etmək üçün ümumi qabiliyyətimizi gücləndirəcək. Məhz bu cür təzyiqlər davamlı sülhü mümkün edir. Müharibəni dayandırmaq üçün Rusiyanı yalnız sülhə məcbur etmək lazımdır. Bu məcburiyyətin də bir hissəsi hava hücumundan müdafiənin kifayət qədər kəmiyyət və keyfiyyəti olması ilə bağlıdır”, - deyə Prezident əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti